Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Zirə" Boludakı ilk yoxlama matçında uduzub

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununu keçirib.

Press.az-ın məlumatına görə, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşıb. "Koru" otelin meydançasında baş tutan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qarşılaşmada hesabı "Zirə" açıb. Hamidu Keyta 25-ci dəqiqədə fərqlənib. İlk hissə Azərbaycan təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, rəqib ikinci yarıda geri dönüş edərək, qələbə qazanıb.

Qeyd edək ki, "Zirə"nin Bolu toplanışında daha 2 yoxlama oyunu nəzərdə tutulub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI