Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qadını avtobusdan itələyib yıxan sürücü işdən çıxarılıb - VİDEO

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır.

Press.az APA-ya istinadla xəbər verir ki, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib.

Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.

"Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.

Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Oxşar xəbərlər
OTACI