Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski NATO siyasətini köhnə turniketlərlə müqayisə etdi

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bizə nə lazım olduğunu deyə bilərəm: bizə təhlükəsizlik zəmanətləri lazımdır və siz ümumi təhlükəsizlik məkanında Ukraynaya yer tapmalısınız”.

Press.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində onlayn formatda çıxışı zamanı deyib. 

Zelenski, həmçinin Ukraynaya maliyyə və hərbi yardım göstərməyə də çağırıb. Onun sözlərinə görə, ölkəyə müasir raketəleyhinə və hava hücumundan mübarizə vasitələri lazımdır.

Bununla yanaşı, alyansa yeni üzvlərin daxil olması ilə bağlı NATO-nun siyasətinə toxunan Zelenski sözügedən bu siyasəti Kiyev metrosunun köhnə turniketləri ilə müqayisə edib:

“NATO-nun açıq qapı siyasəti Kiyev metrosunun köhnə turniketlərini xatırlatmamalıdır. Onlar açıqdırlar, sən yaxınlaşdıqda isə turniketlər bağlanır və ödəniş etmədikcə açılmır. Məgər Ukrayna artıq kifayət qədər ödəniş etməyib?”.

Oxşar xəbərlər
OTACI