Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqlara verilən iştahaartırıcı dərmanlarla bağlı həkimdən AÇIQLAMA

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Duzlu, acı qidalardan uşaqların istifadəsi məsləhət deyil”.

Press.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyin “Instagram” hesabındakı canlı yayımında nazirliyin mütəxəssis-eksperti həkim pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, şokolad və konservləşdirilmiş qidalardan uşaqları uzaq tutmaq lazımdır:

“İnsanların ağız dadı uşaq yaşlarından formalaşır. Valideynlər azyaşlılara o dövrdə duzlu, acı, şirniyyat, şokolad və digər zərərli məhsullara öyrəşdirməsə, elə uşaqlar var ki, 20 yaşına qədər də bu qidalara maraq etmirlər. Bu da sağlam qidalanma deməkdir. Daha çox meyvələrə üstünlük versinlər. Qida intizamı orqanizm üçün çox önəmlidir. Gün ərzində 3 dəfə normal qidalanmağa diqqət etsinlər. Həkim məsləhəti olmadan uşaqlara iştahaartırıcı dərmanların verilməsi məsləhət deyil”.

Oxşar xəbərlər
OTACI