Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyaya kömək etdiyi üçün Çinin 5 şirkəti qara siyahıya salındı

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ beş Çin şirkətini sanksiyaları pozduqlarına görə qara siyahıya salıb.

Onların Ukraynanı işğaldan əvvəl və onun işğalı zamanı Rusiyanın hərbi və müdafiə şirkətlərinə kömək etdikləri düşünülür.

Ticarət Departamenti Çinin “Connec Electronic”, “King Pai Technology”, “Sinno Electronics”, “Winninc Electronic” və “World Jetta (HK) Logistics” şirkətlərini siyahıya əlavə edib. Faktiki olaraq Amerika şirkətlərinin siyahıdakı şirkətlərə ixracı qadağan edilir.

“Bugünkü hərəkətlər bütün dünyada hüquqi və fiziki şəxslərə güclü siqnal verir ki, onlar Rusiyaya dəstək verməyə çalışsalar, ABŞ onları dayandıracaq”, - deyə Ticarət Departamentinin katibinin müavini Alan Esteves qeyd edib.//oxu.az

Oxşar xəbərlər
OTACI