Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alman məşqçi Neymarı İngiltərə klubuna gətirmək istəyir

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel PSJ-nin hücumçusu Neymarı komandasının heyətində görmək istəyir.

Bu barədə “Sky Sport Deutschland” xəbər verib.

Bildirilir ki, Paris klubunun özü də ulduz futbolçu ilə yolları ayırmağa hazırdır. Neymarın transferində iki əsas maneə var - bu, futbolçunun maaşı və cari transfer pəncərəsində klubunu dəyişmək istəməməsidir.

Hələlik braziliyalının transferi ilə bağlı danışıqlar başlamayıb.

Qeyd edək ki, ötən mövsüm PSJ Fransa çempionu olub. Neymar 22 matçda iştirak edib, 13 dəfə fərqlənib və altı məhsuldar ötürmə edib.

“Transfermarkt”ın məlumatına görə, Neymarın bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.//oxu.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI