First slide

Metakainat üçün smartfon hazırlanıb

29 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

HTC şirkəti metakainatda istifadə üçün nəzərdə tutulmuş “Desire 22 Pro” smartfonunu təqdim edib.

Cihazın fərqli xüsusiyyəti inteqrasiya olunmuş kripto pul kisəsinin olmasıdır. Həmçinin smartfon “HTC Vive Flow VR” virtual reallıq dəstini tamamlayır.

Smartfon 120 herts yeniləmə tezliyinə malik 1080 piksel təsvir ölçülü 6,6 düyümlük ekran, 32 meqapiksellik selfi kamerası ilə təchiz olunub. “Desire 22 Pro” “Snapdragon 695” prosessoru ilə çalışır. Cihaz 8 giqabayt operativ yaddaşa, 4520 milliamper/saat tutumlu akkumulyatora malikdir. Qadcetin arxa tərəfində 64, 13 və 5 meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera var.

Model Avropa və Asiya bazarlarında satışa çıxarılacaq.

Böyük Britaniyada “HTC Desire 22 Pro”nun qiyməti 399 funt-sterlinq (təxminən 827 azn) təşkil edir.//oxu.az

Oxşar xəbərlər
Category news

tr_star

14 Aug 2022

OTACI