Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəldi

28 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Press.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə - iyunun 28-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb - 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salan (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb - 1:9. Təmsilçimiz bürünc medal uğrunda güləşəcək.

Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi (3:2), səkkizdəbir finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. Dörddəbir finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub - 1:4. K.Abdullazadə bürünc medal görüşünə çıxacaq.

Qurban Qurbanov (72 kq) yarışa inamlı start verib. Güləşçimiz rəqiblərinə göz açmağa imkan verməyib. Belə ki, idmançımız norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Q.Qurbanov həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gələcək.

Rauf Əliyev (82 kq) ilk görüşdə slovakiyalı Matyas Şeylerdən güclü olub - 3:0. Ancaq dörddəbir finalda gürcü Açiko Bolkvadze keçilməz olub - 1:6. Rəqib finala yüksəldiyi üçün R.Əliyev təsəlliverici görüşə çıxacaq. Mingəçevir güləş məktəbinin yetirməsi ukraynalı Ruslan Abdiyevlə qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri iyunun 29-da keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI