Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İmkansızlıqdan təhsil ala bilməyən tələbənin xərcləri ödənildi

28 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Artıq bir neçə şəxs mənə təhsil haqqımın tamamının ödəniləcəyinə söz verib”.

Press.az xəbər verir ki, bunu 2021-ci ildə SAT proqramı üzrə imtahan verərək, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan, lakin imkansızlıq səbəbindən təhsil ala bilməyən Ranal Qurbanov sosial şəbəkə hesabında yazıb.

“Bunların hamısı sizin sayənizdə oldu, əzizlərim. Hər zaman belə həmrəy və bir-birimizə dəstək olaq. Mən Amerikada da bir il yaşamışam və əminliklə söyləyə bilərəm ki, bu gözəl xüsusiyyət yalnız bizim xalqa məxsusdur.

Minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm. İnşallah, mənim təhsil almağıma imkan yaradan xalqa layiqli həkim olaram. Hamınıza həddindən artıq minnətdaram”, - R.Qurbanov bildirib.

Qeyd edək ki, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı tələbə Ranal Qurbanov maddi imkansızlıq səbəbindən təhsil ala bilmirdi.

Oxşar xəbərlər
OTACI