Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə hərbi hissələrdən daha birində zabit və əsgərlərimizlə görüş keçirilib.

Press.az AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, əvvəlcə gənclərə tədbirin proqramı barədə məlumat verilib, dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edilib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri vurğulanıb.

Gənclər şəxsi heyətin xidməti şəraiti ilə tanış olub, onlarla birgə konsert proqramında iştirak edib, nahar yeməyindən sonra Naxçıvan şəhərinə yola düşüblər.

Oxşar xəbərlər
OTACI