Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski G7 liderlərindən daha çox silah istəyir

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zelenski Almaniyanın ev sahibliyi ilə Bavariyadakı Elmau sarayında keçirilən G7 Liderlər Sammitində iştirak edib və videokonfrans vasitəsilə çıxış edib.

Zelenski ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya liderlərindən ölkəsinə daha çox silah, o cümlədən hava hücumundan müdafiə sistemləri vermələrini istəyib.

G7 ölkələrinin liderlərini Rusiyaya qarşı sanksiyaları artırmağa çağıran Zelenski onlardan Kiyevə taxıl məhsullarının ixracına kömək etməyi və Ukraynanın yenidən qurulması üçün maliyyə yardımı etməyi tələb edib.

Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin arxada qalan 124 günü, Ukrayna müharibəsi və bunun ərzaq, enerji təhlükəsizliyi və qlobal iqtisadiyyata təsiri G7 Liderlər Zirvəsinin ikinci günündə diqqət çəkən məsələlərdəndir.

G7 liderlərinin bu gün keçirilən beşinci sessiyada iqlim, enerji və sağlamlıq sahələrində daha yaxşı gələcək üçün investisiyaları müzakirə etməsi planlaşdırılır.

Günün ikinci yarısında liderlər “Qlobal ərzaq təhlükəsizliyi, gender bərabərliyi” mövzusunda altıncı sessiyada iştirak edəcəklər. Bu sessiyada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres video bağlantı vasitəsilə liderlərlə "qlobal ərzaq böhranı"nı müzakirə edəcək.

Sammitin ikinci günü G7 liderləri və onların həyat yoldaşlarının iştirak edəcəyi şam yeməyi ilə başa çatacaq.

Press.az

Oxşar xəbərlər
OTACI