Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

QORXUNC CİNAYƏT! 3 yaşlı övladının ölümündə günahkar bilinən ana tutuldu

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Detroitdə polis məmurları Azuradee France-ı bir evin zirzəmisində 3 yaşlı uşağın çürümüş cəsədi tapıldıqdan sonra uşağını öldürməkdə günahlandırıb.

Wayne County prokuroru Kym Worthy bazar günü 31 yaşlı qadının birinci dərəcəli qətl, uşaq istismarı və işgəncə və bir şəxsin ölümünü gizlətməkdə ittiham edildiyini söylədi.

Press.az xarici KİV-ə istinadla xəbər verir ki, 31 yaşlı ana bazar günü sorğu-sual edildikdən sonra həbs edilib.

"Bu işdə iddia edilən faktlar hətta duyğusuz insanları belə heyrətə gətirdi. Uşaqlarımız təkcə silah zorakılığı ilə bağlı deyil, həm də evdə onlarla birlikdə yaşayan "qatil" tərəfindən risk altında olmaqda davam edir"- deyib prokuror Uorti.

Polis rəisi Ceyms Uayt bildirib ki, onlar cümə günü səhər evdə rifah yoxlanışı apararkən Detroit polisi və Uşaq Mühafizə Xidmətinin üzvləri oğlanın cəsədini tapıblar. Uşağın necə və nə vaxt öldüyü, cəsədin nə qədər müddətdir dondurucuda qalması ilə bağlı suallara dərhal cavab verilməyib.

Polis rəisi Uayt bildirib ki, evdə daha beş uşaq yaşayır. Bu uşaqlar Uşaq Mühafizə Xidmətinin nəzarətinə verilib.

Oxşar xəbərlər
OTACI