Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Belarus Hərbi Hava Qüvvələri Baranoviçidə gecə təlimləri keçirib

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyunun 26-da Belarus Hərbi Hava Qüvvələri Baranoviçidə təlim uçuşlarına başlayıb. Təyyarələr Lyaxoviç rayonu üzərində görüntülənib.

Bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb.

Qeyd olunur ki, Belarus Hərbi Hava Qüvvələrinin təlimləri bazar günü, iyunun 26-na keçən gecə başlayıb.

Məlumatda yazılıb: "21:27 Baranoviç, Belarus Respublikası Hərbi Hava Qüvvələrinin təlim uçuşlarının başlanğıcı. Saat 23:20-də Lyaxoviç rayonu üzərində görülüb".

Günün ikinci yarısında həm Belarus, həm də Rusiya təyyarələrinin aktivliyi müşahidə olunub. Beləliklə, saat 11:10-da Bıxov üzərində Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinə məxsus Tu-22 təyyarələri Mozır istiqamətində və Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin beş təyyarəsi Mstislavl üzərində, sonra Bobruisk üzərindən göründü.

Bundan əlavə, saat 19:00-da təyyarə şimal-qərbdən cənub-şərqə, Orşa şəhərinə doğru uçub.

Press.az

Oxşar xəbərlər
OTACI