Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Böyük Britaniya Ukraynanın dəmir yollarını bu səbədən bərpa edəcək

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkənin dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə (təxminən 21 milyon manat) qədər vəsait ayıracaq.

Məlumatı Böyük Britaniya baş nazirinin ofisi yayıb.

“Bununla da Böyük Britaniya və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, qarşıda ehtimal olunan ərzaq böhranı dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoya bilər.//oxu.az

Oxşar xəbərlər
OTACI