Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir azyaşlı qızın ərə verilməsinin qarşısı alındı - "Toy edib qızı aparmaq istəyib" - VİDEO

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daha bir erkən nikahın qarşısı alınıb. Sosial şəbəkələrdə Goranboyda azyaşlı qızın evləndirilməsi xəbərləri yayıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçiblər...

Press.az xəbər verir ki yeniyetmə qızın anası Məleykə Əhmədova "Xəzər Xəbər"ə açıqlamasında 4 gün əvvəl nişan mərasiminin keçirildiyini etiraf edib.

Onun sözlərinə görə, oğlan tərəfi tezliklə toy edib qızı aparmaq istəyib, ancaq qız tərəfi buna razı olmayıb.

Oğlan tərəfinin isə rayonun Yeni Yol kəndində yaşadığı bildirilir. Sosial şəbəkələrdə toyun iyunun 27-də keçiriləcəyi qeyd olunurdu. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra erkən nikahın qarşısı alınıb.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva bildirib ki, toy mərasiminin qarşısı alınsa da, hazırda aidiyyəti qurumlar tərəfindən həmin ailələr nəzarətdə saxlanır.

Oxşar xəbərlər
OTACI