Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kalın: "Qarabağ müharibəsi zamanı amerikalılarla üz-üzə gəldik"

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ müharibəsi zamanı Azərbaycanın yanında olanda amerikalılar bizə yaxşı iş görürsünüz dedilərmi bizə?! Tam əksinə, qarşı-qarşıya (üz-üzə) gəldik".

Press.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, rəsmi Ankara beynəlxalq miqyasda müstəqil siyasət yürüdür:

“Liviya məsələsində də belə oldu. Biz milli təhlükəsizliyimizə və maraqlarımıza toxunan məsələlərdə planlarımızı ABŞ və başqa ölkələrinin icazəsi olmadan həyata keçiririk.

Yeri gəldi, İsraillə toqquşduq. Ən böyük təzyiqi oradan görmədikmi? Onda da deyirdilər ki, iş bitib, belə edəcəklər və s. NATO üzvü kimi S-400-ləri almışıq. Bu bizim birinci seçimimiz deyildi, Türkiyə məcbur oldu. Bizim üstünlük verdiyimiz şey NATO alyansı çərçivəsində təhlükəsizlik ehtiyaclarımızı ödəmək idi. Xarici siyasətdə heç bir tərəddüd içində deyilik”.

“Bu bütün dövlətlərlə körpüləri qırmaq və hamı ilə döyüşmək demək deyil. Müəyyən məsələlərdə razılaşırsınız, onların perspektivləri dəyişir. Xarici siyasətimizdə ABŞ-ın nə deyəcəyini, Avropanın nə deyəcəyini düşünmürük. Öz maraqlarımız nəyi tələb edirsə (onu həyata keçiririk-red). Razılaşa bilsək birlikdə gedək deyirik, razılaşa bilmiriksə yolumuza gedirik", - Ərdoğanın sözçüsü vurğulayıb.

Oxşar xəbərlər
OTACI