Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

27 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Perunun paytaxtı Limada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

Bu barədə Perunun səhiyyə naziri Xorxe Lopes məlumat verib.

“Xəstə dünən bütün laborator müayinələrdən keçib, nəticədə onun meymunçiçəyi xəstəliyinə yoluxduğu təsdiqini tapıb. Yoluxmuş şəxs əcnəbidir, hazırda o təcrid olunub, vəziyyəti stabildir”, - deyə Perunun səhiyyə naziri vurğulayıb.

Qeyd edək ki, meymunçiçəyinə yoluxma artıq 60-a yaxın ölkədə təsdiqlənib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.//oxu.az

Oxşar xəbərlər
OTACI