First slide

SON DƏQİQƏ: Polis serjantı Füzulidə MİNAYA DÜŞDÜ

26 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyunun 26-sı saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Press.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Xəsarət alan polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
Category news

tr_star

14 Aug 2022

OTACI