Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MN rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR/VİDEO

26 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, Nazirliyin rəhbərliyi İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

Ziyarət vaxtı general-polkovnik Kərim Vəliyev şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib və  aidiyyəti üzrə müvafiq göstərişlər verib.

 

Oxşar xəbərlər
OTACI