Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AXCP fəalı QƏTLƏ YETİRİLDİ

26 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.

Press.az qafqazinfo-ya istinadən  xəbər verir ki,  hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb.

Oxşar xəbərlər
OTACI