Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lukaku "İnter" üçün Milana gedir

26 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İnter" gələn həftə Romelu Lukaku ilə müqavilə imzalamağa hazırlaşır.

Press.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Müqavilə ilə "Çelsi"yə məxsus olan hücumçu icarə əsasında İtaliya klubuna qayıdır. Çərşənbə günü o, Milana gələrək tibbi müayinədən keçəcək və "İnter" ilə müqavilə imzalayacaq.

Lukaku "İnter"ə qayıtmaq üçün maaşının 30 faiz azalmasına razı olub. O, komandada illik 7 milyon avro qazanacaq.

Qeyd edək ki, belçikalı 2019-2021-ci illərdə "İnter"də çıxış edib. O, keçən yay 115 milyon avroya "Çelsi"yə satılıb.

29 yaşlı hücumçu   ötən mövsüm " Çelsi "nin heyətində bütün turnirlərdə meydana çıxdığı 44 oyunda 15 qol vurub. Onun statistikası  buradadır .

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI