Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

General-polkovnik: “Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığı birgə müəssisələrə imkanlar açır"

25 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyi isə qarşıya yeni vəzifələr qoyur və ən əsası, yaxın zamanlarda birgə istehsal müəssisələrinin də yaradılması üçün geniş imkanlar açır”.

Press.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

“Təbii ki, ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa silahların alınması, onların tətbiqi və s. ətrafında hərbi-texniki əməkdaşlıq səviyyəsi müəyyən olunur”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Oxşar xəbərlər
OTACI