Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rövşanə həmkarlarına QƏZƏBLƏNDİ: "Silikon dodaqlar, permanent qaşlar, balaca burunlar..." - VİDEO

25 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Məni narahat edən məqam odur ki, bu gün bizdə ixtisaslaşmış jurnalistika yoxdur. Biz ancaq şou və əyləncə sahəsində çalışan aparıcıları görürük. Onlar daha çox məşhurdurlar. Lakin belə olmamalıdır. Tamaşaçıya hansı məhsulu təqdim ediriksə, o da onu həzm edəcək. Buna görə də ixtisaslaşmış jurnalistikanın olmasını çox istəyərdim. Bizim sosial və iqtisadiyyat sahəsindən yazan gözəl jurnalistlərimiz olsun. Əyləncə və şou aparıcıları, məncə, artıq kifayət qədərdir".

Press.az azxeber.com-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "MTV maqazin"ə açıqlamasında bildirib. O, indiki aparıcıların estetik əməliyyatlar nəticəsində hamsınının bir-birinə bənzədiyini deyib:

"Baxıram, ayırd edə bilmirəm. Nə qədər bir-birinə bənzəyən insanlar var. Eyni ilə silikon dodaqlar, qaldırılmış qaşlar (permanent qaş), balaca burunlar... Eyni sifətlərdir. Təəssüflər olsun ki, aparıcılar da eyni vəziyyətdir. Ona görə də onları bir-birindən ayırmaq mümükün deyil. İndividual aparıcılar yoxdur".

Ətraflı videoda:

Oxşar xəbərlər
OTACI