Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kikboksçu qadına görə kafedə odlu silahla törədilən qətl - CİNAYƏT İŞİ - FOTOLAR

25 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hadisə yeri Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26-cı km-də, Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən kafedə baş verib.

Press.az xəbər verir ki, hadisə yerinə baxış zamanı kafenin 4№li kabinetindən və oranın qarşısında qan ləkələri, bir ədəd giliz, külqabının qırılmış hissələri, bir ədəd bıçaq aşkar edilib.

Bundan başqa, Oktay Turabovun iştirakı ilə ona məxsus "BMW" markalı (99-SP-111) avtomobildən qan ləkələrindən nümunələr və bir ədəd süngü bıçağı götürülüb. Valeh Ulubəyova məxsus «Mercedes» markalı avtomobildən və mərhum Kamran Xəlilovun şalvarının cibindən qurudulmuş marixuana tapılıb.

Orxan Gərayev saat 01:55-də Abşeron RPİ-nə gələrək, kafedə odlu silahdan atəş açdığı atəşlə, tanımadığı şəxsi öldürdüyünü bildirib. 

Abşeron rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Kamran Xəlilovun (1991-ci il təv.) ölümünə - ürəyi və sol ağciyəri yaralayaraq kəskin qanitirmə törədən bir ədəd dəlib-keçən güllə yarası səbəb olub. Qanında etil spirti və narkotik maddələr aşkar edilməyib.

DİN Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilən tələbnaməyə görə, Orxan Gərayev 1984-cü ildə Bakı şəhərində anadan olub, Abşeron rayon Məhkəməsinin 2014-cü il tarixli hökmü ilə CM-in 178-ci (dələduzluq) maddəsi ilə 3000 manat məbləğində cərimə cəzasına məhkum olunub. 

Orxan Gərayev bildirib ki, tapancanı Aşağı Güzdək kəndində yerləşən gölə atıb. Lakin axtarış aparılsa da, odlu silahı tapmaq mümkün olmayıb.

İstintaqla müəyyən edilib ki, Orxan Gərayev Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən idman zalını icarəyə verdiyi Səmihə Mübariz qızı ilə orda baş vermiş su sızması ilə bağlı mübahisə edib. Bununla əlaqədar qadın tanışı Valeh Ulubəyova məlumat verib, sonuncu da həmin məsələni aydınlaşdırmaqdan ötrü ona noyabrın 28-də Pirəkəşkül qəsəbəsində yerləşən kafedə görüşməyi təklif edib. 4№li otağda, söhbət əsnasında yüksək səslə mübahisə edərək, obyektin normal iş fəaliyyətini və digər müştərilərin istirahət hüququnu pozublar. Valeh Ulubəyovla birlikdə kafeyə gəlib, həyətdə gözləyən Kamran Xəlilov, səs-küyü eşidib, otağa daxil olub. Onların mübahisəsinə müdaxilə etməsini bəhanə edən Orxan Gərayev yumruqla Kamran Xəlilovun üzünə zərbələr vurub. Sonra, istintaqla müəyyən edilməsi mümkün olmayan odlu silahı şalvarının kəmərindən çıxarıb, yaxın məsafədən onun ürək nahiyəsinə atəş açıb. Bu hərəkəti ilə, Gərayev zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Orxan Gərayev bildirib ki, yaşadığı Müşviqabad qəsəbəsində Kənan adlı şəxsdən 120 kvadratmetrlik obyekti icarəyə götürüb. Razılaşmaya görə, pulu tam ödəyib qurtardıqdan sonra obyektin mülkiyyətçisi o olacaqdı. Öz növbəsində həmin obyekti o, eyni qəsəbədə yaşayan Səmihə adlı xanıma aylıq 400 manata icarəyə verib. Qadın orda uşaqlara kikboksing üzrə dərs keçib. Noyabrın 27-i saat 20 radələrində obyektin yanından keçəndə, su motorunun

öz-özünə işlədiyini görüb, hardansa sızma olduğunu görüb və Səmihənin telefonuna zəng edib, ona bu barədə məlumat verib. Qadın cavab olaraq, su sızmasının həmin yeri icarəyə götürəndən olduğunu deyib. Xanım olduğu üçün tanış ustaya zəng edib, problemi aradan qaldırıb və Səmihəyə ismarıc yazıb ki, bundan sonra nəsə baş versə cavabdeh o olacaq. 

Qadın da kobud şəkildə səsli mesaj göndərib ki, belə məsələlərə görə onu narahat etməsin, onunla hər ayın 1-də pulu almaq üçün əlaqə saxlasın. Bundan bir gün sonra, tanımadığı Kamran adlı şəxs onu həmin qəsəbədə, yolun kənarında yerləşən kafeyə çağırıb. Kafeyə gələndə Valehlə Kamranın otaqlardan birinin qapısının qarşısında dayandığını görüb. Onların yanlarında tanımadığı 2 nəfər də olub. Üçü birlikdə kabinetə keçiblər, Valeh çay sifariş verib. Valehlə mübahisəsi yarananada, Kamran əlindəki dəmir əşya ilə başının arxa hissəsindən zərbə vurub. Kimsə Kamrana mane olanda əlindəki silah yerə düşüb. Həmin vaxt o yerdə, yıxılmış vəziyyətdə olub, özünü müdafiə etməkdən ötrü cəld silahı yerdən götürüb. Kamran üzərinə gələndə, o arxaya, çölə doğru gedib. Səs-küyə otağa tanımadığı şəxslər də daxil olub. 

Anarı çöldə, yerdə uzanmış vəziyyətdə görüb, ona kimsə bıçaqla xəsarət yetirib. Onları qorxutmaq üçün tapançadan

havaya atəş açmaq istəsə də, bilmədən Kamrana tərəf atəş açıb. Yaralanan şəxs əlində bıçaqla çölə çıxıb və kabinetdən

bir neçə metr kənarda yerə yıxılıb. Qorxduğu üçün, Anarın idarə etdiyi (90-DT-901) "BMW" markalı avtomobillə hadisə yerindən uzaqlaşıb. Qardaşından onu qəsəbədə, Mədəniyyət evinin yanında düşürməsini xahiş edib. Özünə məxsus "Tofaş"markalı (99-KD-968) maşınla, tək evinin yanındankı gölə gedib və silahı ora atıb. Sonra Abşeron RPİ-nə yollanıb və təslim olub. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Zümrüd Kərimova ifadəsində göstərib ki, oğlu Kamran sakit təbiətli, heç kimlə problemi olmayan insan olub. Əvvəllər CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunub. Noyabrın 28-də axşam evdə olanda Kamrana kimsə zəng edib. Oğlu, Valehgildə doğum günü ilə əlaqədar məclis olmasını söyləyərək, evdən çıxıb. O qədər tələsik gedib ki, darvazanı bağlamağı ondan xahiş edib. Gecə bacısı qızı ona zəng edib Kamranın xəstəxanada olduğunu xəbər verib. Ora çatanda ətrafındakı insanların davranışlarından oğlunun öldüyünü başa düşüb. 

Zümrüd Kərimova əlavə edib ki, hadisə günü zəng edib, Kamranı çağıran Valeh Ulubəyov olub. Dəfn günü, cənazə namazı qılınarkən ətrafa göz gəzdirəndə oğlunun ən yaxın dostları olan Valehi və «İbişi» orda görməyib. Bundan çox şübhələnib. Şahin adlı şəxsə zəng edib, onların niyə yas məclisində iştirak etmədiyini soruşub. Sonuncu da guya Kamrangilin dava-dalaş olmasından ehtiyat etdiklərinə görə, məclisdən tez getdiklərini deyib. Oğlunun heç vaxt silahı olmayıb. O, əvvəl gündən Kamranın həqiqi qatilinin tapılmasını istəyib. Orxan Gərayevi tanımır.

Məhkəmə iclasında Orxan Gərayev ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını,

ona vurulmuş ziyanın tam ödənildiyini və şikayəti olmadığını bildirib. Qeyd edib ki, ölüm hadisəsinin səbəbkarı Valeh Ulubəyovdur. Xahiş edib ki, işə obyektiv baxılsın və düzgün qərar qəbul edilsin.

Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Orxan Gərayevin əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif olunub.

2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Gərayev 18 il müddətinə azadlıqdan məhrum olunsada, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib və 2022-ci ildə onun cəzası 11 il 6 ay müddətinə endirilib.

Oxşar xəbərlər
OTACI