Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2021-ci ili 5,416 milyon manat zərərlə başa vurub.

Press.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 19,5 % azdır.

Son nəticədə BSM-nin yığılmış zərəri 27,5 % artaraq 25,1 milyon manata çatıb.

Ötən il BSM əvvəlki illə müqayisədə 37,6 % çox – 21,32 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 24,9% çox – 17,169 milyon manat, inzibati xərcləri 0,1 % az - 7,842 milyon manat, sair əməliyyat xərcləri 2,8 dəfə çox - 1,725 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BSM-in aktivləri 51,358 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,8 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 2,5 dəfə artaraq 744 min manata çatıb, balans kapitalı isə 9,7 % azalaraq 50,614 milyon manata düşüb.

Xatırladaq ki, BSM Prezident İlham Əliyevin 6 avqust 2010-cu il tarixli sərəncamı əsasında inşa olunub, 17 mart 2014-cü il tarixində istifadəyə veriib. Mərkəzi publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 75,714 milyon manatdır.

Oxşar xəbərlər
OTACI