Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı metrosunda üç nəfər huşunu itirdi - YENİLƏNİB

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı Metropoliteni” QSC gün ərzində metroda daha bir sərnişinin vəziyyətinin pisləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasınd bildirib ki, xanım sərnişinlərdən biri metronun “Azadlıq” stansiyasının platdormasında özünü pis hiss etdiyini deyib:

“Metropoliten əməkdaşları xanıma ilkin yardım göstərib. Sərnişin özü təcili tibbi yardım briqadasının çağırılmasını istəməyib. Özünə gəldikdən sonra yoluna davam edib”.

17:49

Bakı metrosunda iki nəfər huşunu itirib.

Oxu.Az xəbər verir ki, metronun “Gənclik” stansiyasında gənc qızla yanaşı, daha bir oğlan da huşunu itirib.

Daxil olan məlumata görə huşunu itirən hər iki şəxsə ilkin tibbi yardım göstərilib və onlar toparlandıqdan sonra yollarına davam ediblər.

17:06

Bakı metrosunda gənc qız huşunu itirib.

Oxu.Az xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyasında qeydə alınıb.

İlkin məlumata görə, huşunu itirən sərnişinə görə metropoliten işçiləri tərəfindən təcili tibbi yardım briqadası çağırılıb.

Oxşar xəbərlər
OTACI