First slide

Bu il torpaq sahələri, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı artıb

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 5 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,3 dəfə artaraq 20 981 olub.

Bu barədə Press.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-may ayları ərzində 1,9% artaraq 6 288 olub.

Eyni zamanda 2022-ci ilin yanvar-may ayları ərzində 108 041 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir. 2022-ci ilin ilk 5 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 51% artaraq 27 850 olub.

Oxşar xəbərlər
OTACI