Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.

Press.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri əlavə edilib.

Oxşar xəbərlər
OTACI