Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistanlı turistin axtarışına bu dəfə itlər cəlb olundu - FOTO/VİDEO

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda itkin düşmüş Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışlarına xüsusi təlim keçmiş itləri cəlb edib.

Bu barədə Press.az-a FHN-dən məlumat verilib.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər
OTACI