Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabiq MTN polkovnikinin cəzası bəlli oldu

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir rayonlarının sabiq rəisi, polkovnik Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Press.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bahadır Qocayev 5 il 6 ay azadlıqdan mərhum edilib.

Xatırladaq ki, Bahadır Qocayev özgənin 70 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib.

Bahadır Qocayev əvvəllər MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

Sonradan 2016-cı ildə isə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib, bir müddət sonra vəzifəsindən olunub.

Oxşar xəbərlər
OTACI