Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyada yeni xəstəlik yayılır: Bundan əvvəl 100 min insanı öldürüb

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hər il 100.000-dən çox insanı öldürən bakteriyalar sürətlə yayılmağa davam edir.

Press.az azxeber.com-a istinadla xəbər verir ki, dünyada hər il 100 mindən çox insanın ölümünə səbəb olan tif xəstəliyini tədqiq edən və bakteriyaların mənbəyini təhlil edən alimlər antibiotiklərə davamlı bakteriyaların son 30 ildə bütün dünyada sürətlə yayıldığını üzə çıxarıblar.

Bu xəstəliklə bağlı ən böyük araşdırma Lancet Microbe jurnalında dərc olunub. Cənubi Asiyada ilkin müalicənin tətbiq olunmadığı xəstəliyin iki növ antibiotikə, makrolid və xinolon antibiotiklərinə davamlı olduğu da vurğulanıb. Bu səbəbdən xəstəliyin başqa ölkələrdə də yayıldığı vurğulanıb.

Elm adamları tif xəstəliyinin son 30 ildə 200 dəfə daha sürətlə yayıldığını söyləyiblər.

 

Oxşar xəbərlər
OTACI