Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lavrov: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırıq”

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır”.

Press.az report-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, o, görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi komissiyanın tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.

“Rusiya zəruri məsləhət xidmətləri göstərməyə hazırdır. Dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına da kömək etməyə hazırıq”, - S.Lavrov deyib.

Rusiya XİN başçısı “3+3” regional formatına da sabiq olduqlarını vurğulayıb.

Oxşar xəbərlər
OTACI