Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Borrell İrana səfər edəcək

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell İranın nüvə razılaşması kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasına qayıtmaq üçün davam edən səylər çərçivəsində iyunun 24-25-də İrana səfər edəcək.

Bu barədə Aİ Xarici İşlər Xidməti məlumat yayıb.

Borrell xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər iranlı həmkarları ilə görüşlər keçirəcək.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, danışıqlarda ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, həmçinin sanksiyaların ləğvi ilə bağlı vəziyyət müzakirə olunacaq.//oxu.az

Oxşar xəbərlər
OTACI