Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynalı müdafiəçilər Severodonetski tərk edirlər

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna hərbçiləri Severodonetski tərk etməli olacaqlar.

Bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O bildirib ki, artıq bu əraziyə hücum olunmadığından burada qalmağa da ehtiyac yoxdur.

Qayday qoşunların çıxarılması barədə qərarın artıq qəbul olunduğunu təsdiqləyib.

Severodonetskdə indi ön sıralarda həm Ukrayna Silahlı Qüvvələrinin, həm də Milli Qvardiyasının döyüşçüləri dayanırlar.

Şəhərin infrastrukturu tamamilə dağılıb, evlərin 90%-i zədələnib və ya məhv edilib.

Müharibə Araşdırmaları İnstitutunun mütəxəssislərinin fikrincə, şəhərin işğalı müharibədə mühüm dönüş nöqtəsi olmayacaq. Ukrayna Silahlı Qüvvələri döyüşlərdə əsas vəzifəni yerinə yetirib - düşmənin resurslarını tükəndiriblər.

Severodonetsk uğrunda döyüşlər, ehtimal ki, Rusiya qoşunlarının ümumi imkanlarını zəiflətdi, onların daha sərfəli irəliləmə xətlərində cəmləşməsinə mane oldu.

Buna görə rusların, məsələn, birbaşa Slavyanska hücum etmək üçün kifayət qədər gücü yoxdur.//oxu.az

Oxşar xəbərlər
OTACI