Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"YAŞAT"ın fəaliyyəti üzrə nə qədər vəsait xərcləyib? - Məbləğ açıqlandı

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu günə qədər "YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 114 757.86 manatdan çoxu xərclənib.

Press.az report-a istinadla xəbər verir ki, bunu "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ümumilikdə bu günə qədər Fonda 73 781 435,79 manat vəsait daxil olub: "Xərclənən vəsaitdən savayı 12 mln manatdan çoxu Fondun balansında qalıb. Xərclənən vəsaitdən 36 892 200.00 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 346.40 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 6 336 540.51 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 17 339 670.95 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub".

E.Hüseynov bildirib ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb: "Reallaşmış ödəniş sayı 21 848-dir".

Oxşar xəbərlər
OTACI