Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Apple” M2 prosessorlu yenilənmiş “MacBook Pro”nu təqdim edib - FOTO

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyunun 6-da “Apple” şirkətinin keçirdiyi WWDC 2022 konfransı çərçivəsində yeni “MacBook Pro”nun təqdimatı baş tutub. Yeni məhsulun displeyinin diaqonalı 13 düyümdür.  

Yeni “MacBook Pro 13” M2 prosessoru ilə təchiz edilib. 8 “icraçı”, 10 qrafik nüvəyə malikdir. Yeni prosessor təsvirlərin emalı baxımdan sələfi M1 prosessorundan 39% daha güclüdür. Məhz M2 prosessoru enerji toplamadan “MacBook Pro 13”də 20 saatadək video izləməyə imkan verir.

Aktiv soyutma sistemi prosessorun qızmasının qarşısını alır. “MacBook Pro 13” 24 GB-dək operativ yaddaşı dəstəkləyir. Daxili toplayıcının həcmi 2 TB-dək ola bilər. 

Retina-ekran artıq P3 rəng qamması ilə təchiz edilib, bu isə təsvirlərlə işləyənlər üçün çox faydalıdır. Displey 500 nitədək maksimum parlaqlığı dəstəkləyir. Bu yeniliklər rəngləri daha dəqiq əks etdirir ki, bu da dizaynerlər üçün son dərəcə vacibdir. 

Yeni makbukun daha bir sevindirici yeniliyi studiya səviyyəli mikrofonlardır. Məhz bunun sayəsində müxtəlif podkastların yazılmasında xarici mikrofonlardan istifadə etməyə ehtiyac qalmır. 

Azərbaycanda yeni “MacBook Pro 13” 3199 AZN-dən başlayan qiymətlərlə təklif olunur. 

Məhsul iyulun 1-i satışa çıxarılacaq. Bu gün – iyunun 24-dən etibarən “Apple” brendinin rəsmi reseller mağazalarında öncədən sifarişə start verilir: Alma StoreBaku ElectonicsIrshadKontakt Home.     

//oxu.az  

Oxşar xəbərlər
OTACI