Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident İlham Əliyev Bernard Lunini qəbul etdi

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də bp qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Görüşdə bp şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olundu.

bp-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edildi. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunuldu, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulandı.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər
OTACI