Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hər şeyi səhv anlayan bürclər – Kim hər sözdən başqa məna çıxarır?

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İkitərəfli münasibətlərdə bəzi insanlara nə desəniz də. Hər cümlənizi səhv başa düşməyə meyllidirlər. Dediyiniz hər sözdən öz nəticə çıxaran bu insanlarla ünsiyyət qurmaq çətindir. Bu səbəbdən bir müddət sizə qarşı həssas bir davranış nümayiş etdirirlər. Onları nə qədər inandırmağa çalışsan da, vəziyyəti düzəldə bilməyəcəksən. 

Press.az xəbər verir ki, bizim.media həmin insanların hansı bürcə mənsub olduqlarını araşdırıb.

Xərçəng

Xərçəng bürcü həmişə emosional və həssas təbiəti ilə tanınıb. Həyatda başlarına gələn hər şeyə dərhal təəssüflənirlər və mübarizə apara bilmirlər. Xərçəng insanı ilə birlikdəsinizsə, ağzınızdan çıxan hər sözə diqqət etməlisiniz. Hər sözünüzdən fərqli mənalar çıxara bilən xərçənglər hər şeyi öz üzərlərinə gptürürlər.

Bu cür hallarda onlar qaşlarını çata və ya hətta ağlaya bilərlər. Onların vəziyyətini başa düşə bilməsəniz də, bunun belə olmadığına inandırmağa çalışırsınız.

Qız

Əsəbi qızlar narahat və obsesif bir münasibətə sahibdirlər. Onlar həmişə həyatlarında ən yaxşısını istəyirlər və qarşı tərəfi çox tənqid edirlər. Qız bürcləri bu cür görünsələr də, inanılmaz dərəcədə həssasdırlar.

Qız bürcünə bir söz deməzdən əvvəl iki dəfə düşünməlisiniz. Dərhal bu cümlələri istədikləri istiqamətə çəkib həyatınızı qaralda bilərlər. Dərhal cümlələrinizi yozub və zehnində müxtəlif şeylər düzəldirlər. Sizinlə hər şeyi aydınlaşdırsalar belə, sonradan bu cümlələri sizə qarşı istifadə edəcəklər.

Buğa

Ən tənbəl bürc olan buğaların qəlblərini fəth etmək olduqca çətindir. Onlar hər zaman deyilənlərdən fərqli mənalar çıxarmağı bacarırlar. Dediklərinizdən, hətta sizin ağlınızdan keçməyən nəticələri belə çıxara bilirlər. Sonradan onları vəziyyətin necə olduğunu izah etmək isə çox müşkül məsələdir. Lakin buğalar heç də göründükləri qədər daşqəlbli deyillər. Sadəcə sizi bir qədər süründürdükdən sonra əslində nə demək istədiyinizin fərqinə vardıqlarını hiss etdirirlər.

Balıq

Astrologiyada ən emosional bürc kimi tanınan balıqlarla münasibət qurmaq həqiqətən çətindir. Onlar həmişə fədakardırlar və sevdiklərini başa düşürlər. Ancaq balıqlar dediyiniz hər sözdən gözlənilməz mənalar çıxara bilir.

Balıqlar demək olar ki, hər bir sözü asanlıqla qəbul edirlər. Sonra isə onu ürəyinə və özünü çox incidir. Onun kədərli münasibətinin öhdəsindən gəlmək sizin üçün çətin ola bilər. Daha sonra onun qəlbini fəth etməyə çalışsanız da, uğur qazana bilməyəcəksiniz.

Tərəzi

Tərəzi bürcü dəyişkən təbiətə malikdir. Bu gün xətrinə dəyən bir cümlə üçün o, ertəsi gün heç deyilməmiş kimi davrana bilər. Həmişə oynaq və mehriban görünən tərəzilər çox vaxt ağılları bir qarış havada olur. Tərəzi insanlarla ünsiyyət qurarkən onların sevgi dolu münasibətinə inanmalı və hər şeyi deməməlisiniz. Çünki tərəzi bürcü sizin dediklərinizdən fərqli nəticələr çıxara bilər. Münasibətinizi gözlənilməz şeylərə görə bitirə bilər. Bu səbəbdən onlarla danışarkən cümlələrinizi diqqətlə seçməlisiniz.

Oxşar xəbərlər
OTACI