First slide

İlon Maskın oğlu cinsiyyətini və adını dəyişdi - FOTO

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Los-Anceles dairəsinin Ali Məhkəməsinin hakimi amerikalı iş adamı İlon Maskın 18 yaşlı uşağının cinsiyyətinin və adının dəyişdirilməsi tələbini təmin edib.

Bu barədə TMZ məhkəmə sənədlərinə istinadən xəbər verir.

Ksavyer Mask artıq Vivian Cenna Uilson oldu. 

Qeyd olunur ki, Uilson yeniyetmənin anasının qızlıq soyadıdır. 

Nəşrin məlumatına görə, Vivian Cenna tezliklə yeni doğum şəhadətnaməsi alacaq.

Mask kanadalı yazıçı Castin Uilson ilə 2000-ci ildə evlənib. 2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var. Maskın digər iki övladının anası müğənni Qraymsdır (Kler Buşe).//oxu.az

Oxşar xəbərlər
OTACI