Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabad Pilot Aqroparkda məhsul yığımına başlanıb - FOTO

23 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, ölkəmizdə sahibkarlığın, o cümlədən aqrar biznesin inkişafı, aqrar-sənaye kompleksinin modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir, müasir texnologiyalara əsaslanan aqroparklar yaradılır. Bu baxımdan 7544 ha sahədə yaradılan Sabirabad Pilot Aqroparın təşkili istiqamətində işlər davam etdirilir.

Layihələrinin ümumi dəyəri 41 milyon manat olan pilot aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə 500 ha sahədə intensiv nar bağının salınması, taxıl, qarğıdalı və yonca toxumçuluğunun təşkili, və taxılın, həmçinin süd və pambığın ilkin emalı, qüvvəli yem istehsalı və heyvandarlıq sahələrnin yaradılması nəzərdə tutulur. Layihələrin həyata keçirilməsi nəticəsində 730 yeni iş yeri yaradılacaq. Sabirabad Pilot Aqroparkda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdirilir Belə ki, dövlət vəsaiti hesabına aqroparkın suvarma suyuna olan tələbatının təmin edilməsi məqsədilə beton su kanalı inşa olunub və ərazilərin şoranlaşmasının qarşısını almaq üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər aparılır.

Artıq 3 sahibkar (fermer) tərəfindən aqroparkın deqradasiyaya uğramış torpaq sahələrinin bir hissəsi əkin üçün tam yararlı vəziyyətə gətirilib, 2075 ha sahədə taxıl və pambıq əkini aparılıb. Aqroparkda bu il ilk dəfə olaraq məhsul yığımına başlanıb.

Bu məqsədlə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə aqroparka mediatur təşkil edilib. Media nümayəndələri aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC-nin təsərrüfat sahəsində görülmüş işlərlə tanış olublar. Bildirilib ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri 3,2 milyon manat olan “Fructus Aqropark” MMC tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib. Artıq 300 ha-dan artıq sahədə arpa biçininə başlanıb. 

Aqroparkda həmçinin, qeyri-ənənəvi südçülük (keçi və dəvə südü istehsalı və ixracı) və əkinçilik təsərrüfatlarının, həmçinin emal sahəsinin yaradılması nəzərdə tutulur. Emal sahəsində paketlənmiş təzə və quru süd, pendir, qatıq və digər süd məhsulları istehsal olunacaqdır.

Oxşar xəbərlər
OTACI