First slide

"Bu yay hava kəskin isti olacaq" - Asif Verdiyev

23 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkəmizə yay fəsli gəlib. Hidrometeoloqlar bu yayla bağlı necə proqnozlar veriblər. Bizi necə bir yay gözləyir?

Milli Hidrometralogiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyir ki, bu yay Azərbaycanda hava kəskin isti olacaq.

Press.az Xəzər TV-yə istinadən xəbər verir ki,  Asif Verdiyev deyir ki, dünyada baş verən qlobal istiləşmə Azərbaycandan da yan keçmir.

Havanın bu yay kəskin isti keçməsi xəbəri sakinləri də ciddi narahat edir.

Asif Verdiyev deyir ki, hava şəraitinin isti və quraq keçməsi çaylara da öz təsirini göstərir. Son illərdə havanın isinməsi, su səthində buxarlanmanın yüksək olması və hava şəraitinin quraq keçməsi su ehtiyatlarnın azalmasına və çayların qurumasına səbəb olsa da, bu il vəziyyət fərqlidir. Yəni çaylarda su boldur.

Oxşar xəbərlər
Category news

tr_star

29 Jun 2022

OTACI