Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

23 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratmış, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanınmışdır.

Sərəncamla Xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə aınalaraq qərara alınır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

- Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Press.az

Oxşar xəbərlər
OTACI