Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İrandan ABŞ-a 4 milyard dollarliq təzminat davası

23 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İran ABŞ-a 4 milyard 300 milyon dollar təzminat cəzası verib.

Press.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə əsasən, İran Ədliyyəsinin İnsan Haqları Şöbəsindən verilən yazılı açıqlamada, öldürülən nüvə mütəxəssislərinin ailələrinin ABŞ-a qarşı qaldırdığı iddia ilə bağlı məlumat verilib.

Tehranın 55-ci Mülki Məhkəməsi, nüvə mütəxəssislərinə sui-qəsd cinayəti törədən İsrailə dəstək verən ABŞ hökuməti, qurumları və rəsmilərinə açılan iddiada öldürülən nüvə mütəxəssislərinin bəzilərinin ailələrinin şikayətinə əsasən 4 milyard 300 milyon dollar maddi və mənəvi təzminat cəzası verib. 

Adı çəkilən məhkəmə prosesinin ABŞ hökumətinə qarşı hüquqi qisas çərçivəsində həyata keçirildiyinə diqqət çəkən bəyanatda ABŞ məhkəmələrinin müxtəlif bəhanələrlə İrana qarşı qərarlar çıxardığı və Tehran hökumətinə, bəzi dövlət qurum və təşkilatlarına  təzminat ödəməyə məhkum edildiyi xatırladılıb. .

Bəyanatda qeyd olunub ki, İran dövlətinin toxunulmazlığını pozduğuna görə ölkə məhkəmələri də ABŞ dövləti və rəsmilərinə qarşı müxtəlif mülki iddialar qaldırıb.

Zeynab Hüseyn

Oxşar xəbərlər
OTACI