Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Beyləqanda 15 nəfər pambıq yığımı zamanı zəhərləndi

23 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beyləqanda pambıq tarlasında kütləvi zəhərlənmə olub.

Hadisə ötən gün pambıq yığımı zamanı baş verib.

15 pambıqçı zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hamısının Beyləqan sakinləri olduğu deyilir.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. 

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, müraciət edənlərə həkimlər tərəfindən ilkin yardım göstərilib:

“Zəruri müayinələr aparılıb. Zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar”.

Baş Prokurorluğun mətbuat xidmətindən  sorğuya cavab olaraq bildirilib ki, Beyləqanda qeydə alınan faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.//oxu.az

Oxşar xəbərlər
OTACI