Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qəbələ" iki legioneri ilə müqaviləni uzatdı

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni mövsümə hazırlaşan “Qəbələ” daha iki futbolçusu ilə müqavilə müddətini yeniləyib.

Press.az klubun saytına istinadən xəbər verir ki, Rafael Utziq və Omar Hani ilə anlaşmalar uzadılıb. Legionerlərlə imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan oyunçular 2022-2023-cü illər mövsümündə də “qırmızı-qaralar”ın formasını geyinəcək.

2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu 11 qola imza atıb.

Omar isə ötən ilin yayından komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla ilə anlaşmanı bir il müddətinə uzadıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI