Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Ukrayna Çexiyanın Aİ Şurasına sədrliyinin əsas prioriteti olacaq" - Zelenski

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Çexiyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin əsas prioriteti olacaq.

Press.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə qeyd edib.

Qeyd edək ki, bu gün Zelenski Çexiyanın Baş naziri Petr Fiala ilə danışıqlar aparıb. Tərəflər Çexiyanın Aİ Şurasına gələcək sədrliyini müzakirə ediblər.

"Biz ilin ikinci yarısında Avropa İttifaqı Şurasında Çexiyanın sədrliyinin prioritetlərini müzakirə etdik. Əsas prioritetin Ukrayna olması vacibdir", - Zelenski danışıqlardan sonra deyib.

Prezident, həmçinin Ukraynanın Aİ-yə namizədliyini ardıcıl şəkildə dəstəklədiyinə görə Çexiyanın Baş nazirinə təşəkkür edib.

Qeyd edək ki, Çexiya iyulun 1-dən altı ay müddətinə Aİ Şurasına rəhbərlik edəcək.

Oxşar xəbərlər
OTACI