Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident İlham Əliyev Xivə şəhərində olub - VİDEO

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bu gün də davam edib. Dövlət başçısı Xivə şəhərində olub, bəzi tarixi obyektlərə baş çəkib. Daha sonra ölkə başçısının şərəfinə qəbul keçirilib. Bununla da prezidemt İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb.

Özbəkistanda dövlət səfərində olan Prezident İlham Əliyev paytaxt Daşkənddə görüşlərini başa çatdırdıqdan sonra Ürgənc şəhərinə yola düşüb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşılayıb. 

Daha sonra hər iki ölkənin liderləri Xivə şəhərində "Nurullaboy" saray kompleksi ilə tanış olublar. Kompleks barədə dövlət başçılarına məlumat verilib.

Bildirilib ki, əzəməti və gözəlliyi ilə məşhur olan "Nurullaboy" saray kompleksi Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilib. Sarayı milli və Avropa memarlıq üslublarının vəhdəti əsasında inşa olunub. Kompleksdə daimi rəsm sərgiləri fəaliyyət göstərir, tarixi sənədlər, milli geyim nümunələri nümayiş olunur.

Daha sonra Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar. İçan-Qala barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, Muzey 1920-ci ildə təsis olunub. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Xivə şəhəri qədim Xivə xanlığının paytaxtı olub. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Prezident İlham Əliyevin şərəfinə qəbul təşkil edilib. Qəbulda konsert proqramı təqdim olunub. Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi özbəkistanlı həmkarı Şavkat Mirziyoyev yola saldı.

 

Oxşar xəbərlər
OTACI