Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şavkat Mirziyoyev: "İqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir"

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir".

Press.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil etdiyi qəbulda deyib.

Şavkat Mirziyoyev bildirib:

"Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq.

Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.

Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konserti hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestri təşkil etdi və mən bunun üçün onun xidmətini qiymətləndirirəm".

Oxşar xəbərlər
OTACI