Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyəli aktrisanın üzünü it parçaladı - FOTOLAR

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyəli müğənni-aktrisa Zeynep Doruk Bodrumda sahibsiz itin hücumuna məruz qalıb.

Press.az xəbər verir ki, bu barədə aktrisa instaqram hesabında paylaşım edib. Zeynep itin hücumuna otelin qarşısında məruz qaldığını açıqlayıb.

"Üzümün sağ tərəfi paramparça oldu və qaşımım üstündəki sümük üzə çıxmışdı. Üzümə 37 tikiş atdılar. Çox qorxdum, pis oldum. İşlərimi təxirə salmaq məcburiyyətində qaldım. Tikişlərdən sonra üzüm nəyə oxşayacaq bilmirəm. Amma son nəfəsimə qədər səssiz canları qoruyacağam. Heyvanları da insanlara dəyişən hala gəldim" - deyə, o, bildirib.

Qeyd edək ki, Zeynep sonuncu dəfə "Seksenler" serialında rol alıb.

Oxşar xəbərlər
OTACI