First slide

“Danışılanlara əhəmiyyət vermirəm” - Rüstəm Usubov

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mənim xəbərim yoxdur ki, barəmdə kim nə danışır. Danışılanlara da əhəmiyyət vermirəm”. 

Press.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubov MTN polkovniki Sahib Ələkbərovun onun və sabiq baş prokuror Zakir Qaralovun həbsi tələbinə münasibətində bildirib.

Qeyd edək ki, bir sıra ağır cinayətlərə görə mühakimə olunan Sahib Ələkbərov “Bu gün mən buradayamsa, sağımda Zakir Qaralov, solumda isə Rüstəm Usubov oturmalıdır” əsl günahkarların onlar olduğunu deyib.

Sahib Ələkbərovun məlum bəyanatını Rüstəm Usubova xatırlatdıqda isə baş prokurorun sabiq müavini bu dəfə özünün kimliyini dandı. Belə ki,“Siz başqa adama zəng etmisiz” deyən Usubov telefonun dəstəyini asdı.

Oxşar xəbərlər
OTACI